XƏBƏRLƏR

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul - ELAN

19 may, 2026

 

                   

 

  Azərbaycan Dillər Universiteti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli 320s nömrəli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

         Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları imtahan əsasında qəbul olunurlar.

        Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu 19 may 2026-cı il tarixindən 8 iyun 2026-cı il tarixinədək nəzərdə tutulur. Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların Fəlsəfə fənni üzrə imtahanı 1 - 3 sentyabr 2026-cı il, ixtisas imtahanı isə  8 - 10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.

        Fəlsəfə proqramı üzrə doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”(TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

 

  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə

təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə,

elmi müəssisə və təşkilatlara qəbul”dan çıxarış

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği (manatla)

Elmlər doktoru proqramı üzrə

Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği (manatla)

Doktorantura

Doktorantura

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

o cümlədən

o cümlədən

əyani

qiyabi

əyani

qiyabi

 

Azərbaycan Dillər Universiteti

5704.01

Dil nəzəriyyəsi

2

1

1

2000

 

 

 

 

5706.01

Azərbaycan dili

2

1

1

2000

 

 

 

 

5708.01

German dilləri

4

1

3

2000

 

 

 

 

5709.01

Roman dilləri

2

1

1

2000

 

 

 

 

5714.01

Müqayisəli- tarixi və müqayisəli -tipoloji dilçilik

3

1

2

2000

 

 

 

 

5716.01

Azərbaycan ədəbiyyatı

1

1

 

2000

 

 

 

 

5718.01

Dünya ədəbiyyatı (alman, ingilis, fransız)

3

2

1

2000

 

 

 

 

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)

3

1

2

2000

 

 

 

 

5804.01

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

3

1

2

2000

 

 

 

 

5901.01

Beynəlxalq münasibətlər

2

1

1

2000

 

 

 

 

6114.01

Sosial psixologiya

2

1

1

2000

 

 

 

 

 

Cəmi:

27

12

15