ADU Süni intellekt proqramçısı vəzifəsi üzrə vakansiya elan edir
Azərbaycan Dillər Universiteti PHŞ “Süni intellekt və humanitar elmlər” elmi mərkəzinə Süni intellekt proqramçısı vəzifəsinə vakansiya elan edir.
Əsas tələblər
· Ali təhsil (mərkəzin profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (mərkəzin profilinə uyğun)
Vəzifə və öhdəliklər
Proqramçı həm proqram kodunun, həm də bütövlükdə proqram təminatının işlənib hazırlanması (yazılması), test edilməsi və tətbiqi ilə məşğul olur. Mütəxəssis proqram təminatının həm Back-end, həm də Front-end hissələrinin yazılmasını həyata keçirir. Proqramçının vəzifələrinə, həmçinin qrant layihələrində, univertsitetin elmi fəaliyyətində və mərkəz rəhbərliyinin xüsusi təşəbbüslərində köməklik və dəstək göstərilməsi daxildir.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 22 may saat 18:00-dək göndərə bilərlər.