ADU yüksək səviyyəli əcnəbi müəllim və professorların işə qəbulunu elan edir
PASS – Yüksəkixtisaslı Miqrant Portalı
Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq akademik mühitin gücləndirilməsi, tədris və elmi fəaliyyətin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli əcnəbi müəllim və professorların işə qəbulunu elan edir.
Dəvət olunan istiqamətlər:
Xarici dillər və filologiya
Beynəlxalq münasibətlər
Təhsil və pedaqogika
Tərcümə və mədəniyyətşünaslıq
Müraciət qaydası
Namizədlər CV, motivasiya məktubu, elmi fəaliyyət göstəriciləri və digər müvafiq sənədlərini aşağıdakı platforma vasitəsilə təqdim edə bilərlər:
Elektron müraciət platforması
pass.gov.az
PASS portalı Azərbaycan Respublikasında yüksəkixtisaslı xarici mütəxəssislərin cəlb olunması və müraciətlərinin “bir pəncərə” prinsipi əsasında idarə olunması məqsədilə fəaliyyət göstərir.