Daşkənddə keçiriləcək Beynəlxalq Yay Məktəbi 2026 üçün qeydiyyat açıq elan olunur
Hörmətli tələbələr və gənc əməkdaşlar,
Sizi 1–8 avqust 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Yay Məktəbi 2026 (International Summer School 2026) proqramında iştirak etməyə dəvət edirik.
Proqram Türk dünyası gəncləri arasında akademik əməkdaşlığın, mədəni əlaqələrin və təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə təşkil olunur.
Keçiriləcəyi yer:
Daşkənd, Özbəkistan
Tarix: 1–8 avqust 2026
İştirakçılar: 16–30 yaş arası tələbələr və gənc əməkdaşlar
TURKUNIB-in Sədr Universiteti olan Tashkent International University tərəfindən TURKUNIB üzv universitetlərindən olan iştirakçılar üçün ödənişsiz yerləşdirmə təmin ediləcəkdir. Qeyd edək ki, proqramın digər xərcləri iştirakçılar tərəfindən qarşılanır.
Qeydiyyat linki:
https://docs.google.com/forms/
Əlavə məlumat üçün:
http://www.tiu.uz/