XƏBƏRLƏR

ADU-nun son kurs tələbələri üçün elan

04 may, 2026

Azərbaycan Dillər Universiteti bakalavriatın son kurs tələbələrini 6–19 iyul 2026-cı il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində keçiriləcək “Yay Universiteti – 2026” beynəlxalq təhsil layihəsində iştirak etməyə dəvət edir.

Layihə Kazan Federal Universiteti tərəfindən Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi ilə birgə və federal büdcənin dəstəyi ilə həyata keçirilir.

Treki: “Rusiya qapıları açır / Russia opens its doors”
Proqram aşağıdakı istiqamətlərin inkişafına yönəlib:
• dil və kommunikasiya bacarıqları
• Rusiyanın mədəniyyəti və regionları haqqında biliklər
• mədəniyyətlərarası ünsiyyət bacarıqları

İştirakçılar beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş öz sosial-humanitar layihələrini hazırlayıb təqdim edəcəklər.

Proqramda:
• süni intellektdən istifadə etməklə dizayn və modelləşdirmə (milli naxışlar)
• rus müəlliflərinin əsərləri üzrə ədəbi ustad dərsləri
• Rusiya xalqlarının folkloru
• Rusiyanın regionları üzrə ölkəşünaslıq
• Tatarıstanın xalq sənətkarlığı
• sosial layihələndirmə
• rus və tatar teatrı ilə tanışlıq

Tədris formatları:
• mühazirələr və seminarlar
• ustad dərsləri
• layihə işi
• mədəni və təhsil ekskursiyaları (Kazan Kremli, Bolqar, Sviyajsk)
• mədəni tədbirlərdə iştirak (Sabantuy, Global Village və s.)

Maliyyə şərtləri:
Bütün xərclər qəbul edən tərəf tərəfindən qarşılanır:
• yol xərcləri (avia və ya dəmir yolu)
• yaşayış
• gündə 3 dəfə qidalanma
• tibbi sığorta

Qeyd: İştirak tam ödənişsizdir.

İştirakçılar üçün tələblər:
• 18 yaş və yuxarı
• bakalavriatın son kurs tələbələri

Qeydiyyat:
Son tarix: 8 may 2026-cı il
Qeydiyyat saytı: https://summeruniversity.ru/

Müraciət zamanı:

1.     Kazan Federal Universitetini (KFU) prioritet kimi seçmək

2.     “Rusiya qapıları açır / Russia opens its doors” trekini seçmək

 Vacib:
• Seçim müsabiqə əsasında aparılır
• Nəticələr 29 may 2026-cı ilədək elan olunacaq

Maraqlanan bütün tələbələrdən vaxtında qeydiyyatdan keçmələri xahiş olunur.
Əlavə məlumat üçün beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.