ADU nəzdində fəaliyyət göstərən TÖMER Bakı ofisində TYS hazırlıq kursu başlayır
30 aprel, 2026
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Ankara Universiteti TÖMER Bakı ofisi tərəfindən Türk Dili Səriştə İmtahanına (TYS) hazırlıq kursunu başlayır.
Kurs çərçivəsində iştirakçılar türk dili biliklərini inkişaf etdirərək imtahana sistemli və effektiv şəkildə hazırlaşmaq imkanı əldə edəcəklər.
Dərslər həftədə iki dəfə — çərşənbə və cümə axşamları təşkil olunacaq.
Başlama tarixi: 30 aprel 2026
Bitmə tarixi: 21 may 2026
Qeyd edək ki, proqram imtahan formatına uyğun hazırlanmış olub, dinləmə, oxu, yazı və danışıq bacarıqlarının inkişafını əhatə edir.
Ətraflı məlumat və qeydiyyat üçün TÖMER Bakı ofisinə müraciət edə bilərsiniz.
