ADU mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Azərbaycan Dillər Universiteti PHŞ Satınalma və təchizat şöbəsində 0 ,5 ştat satınalma üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əsas tələblər:
· Ali təhsil ( iqtisad, texniki )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (şöbənin profilinə uyğun)
Vəzifə və öhdəliklər:
· İllik satınalma planının hazırlanmasında mühasibatlıq şöbəsi ilə birlikdə iştirak edir;
· Ehtimal olunan qiymətin müəyyən edilməsi üçün bazar araşdırmaları edir və ehtimal olunan qiyməti hesablayıb rəhbərliyə təsdiq edilməsi üçün təqdim edir;
· Elektron satınalma portalı vasitəsilə tender, kotirovka və digər satınalma metodları ilə elanlar verir;
· Müvafiq satınalma müqavilələrini tərtib edir;
· Satınalma proseduru üzrə Əsas Şərtlər Toplusunu hazırlayır;
· Yekunlaşmış satınalma prosedurları üzrə portalda bildirişləri verir;
· Müvafiq satınalma predmeti üzrə aidiyyatı şirkətləri araşdırır tapır;
· Şöbənin kargüzarlıq işlərini aparır;
· Başa çatmış satınalma prosedurları üzrə gələn malların ödənişlərinin təmin edilməsi üçün müvafiq sənədləri vaxtında mühasibatlıq şöbəsinə təqdim edir;
· Satınalma üzrə müqavilə reyestrini tərtib edir;
· Satınalma üzrə müvafiq aktları hazırlayır;
· Şöbənin fəaliyyət planını hazırlayır;
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 21 aprel saat 18:00-dək göndərə bilərlər.