“Karyera və Həyat Dizaynı” Sertifikat Proqramına qeydiyyat başlanıb
Hörmətli tələbələr, müəllimlər və universitet heyəti,
Universitetimiz ilə ABŞ mərkəzli Chartered Culture and Education Institute (CCEI) arasında qurulmuş əməkdaşlıq çərçivəsində sizə yeni təhsil imkanı təqdim olunur.
CCEI tərəfindən Stanford Universiteti modelinə əsaslanaraq hazırlanmış “Karyera və Həyat Dizaynı Sertifikat Proqramı” artıq istifadəniz üçün əlçatandır. Proqram iştirakçılara karyera planlaşdırılması, şəxsi inkişaf və həyat strategiyalarının formalaşdırılması istiqamətində müasir yanaşmalar təqdim edir.
Qeyd edirik ki, sözügedən proqramdan ödənişsiz şəkildə yararlana bilərsiniz. Proqrama qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyatı tamamladıqdan sonra şəxsi kabinetinizdə bütün tədris materiallarına çıxış əldə edəcəksiniz:
https://www.cultureeducation.org/ccei-career-life-design-center-aze