Fırat Universiteti beynəlxalq personal həftəsinə dəvət edir
03 aprel, 2026
Fırat Universiteti tərəfdaş ali təhsil müəssisələrinin akademik və inzibati heyətini 04–08 may tarixlərində Türkiyədə keçiriləcək Beynəlxalq Personal Həftəsi (International Staff Week) proqramında iştirak etməyə dəvət edir.
Proqram çərçivəsində iştirakçılar:
Bilik və təcrübə mübadiləsi aparmaq,
Beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək,
Seminarlar, təlimlər və şəbəkələşmə fəaliyyətləri vasitəsilə yeni peşəkar əlaqələr qurmaq imkanı əldə edəcəklər.
İştirak haqqı: 100 avro (yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcək).
İştirakçı sayı məhduddur.
Müraciət üçün son tarix: 30 aprel 2026-cı il.
Əlavə məlumat üçün ADU-nun Beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.