XƏBƏRLƏR

ADU assistent vəzifəsi üzrə vakansiya elan edir

03 aprel, 2026

Azərbaycan Dillər Universiteti PHŞ Təhsil fakültəsində assistent vəzifəsinə vakansiya elan edir.

Əsas tələblər:

·        Ali təhsil ( fakültənin profilinə uyğun )

·        Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·        Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·        Komandada işləmə 

·        Məsuliyyətlilik

·        İntizamlılıq

·        Nəticəyönümlülük

·        Dəqiqlik

·        Dil bilikləri (fakültənin profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

-Tələbələrə fərdi tədris planlarının tərtibində köməklik etmək

-Tələbələrin akademik maraqlarını müdafiə etmək

-Təhkin olunmuş qrup tələbələrindən əlavə ədəbiyyatların siyahılarını təşkil etmək

-Tələbələrə arayışların yazılması

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 10 aprel saat 18:00-dək  göndərə bilərlər.