XƏBƏRLƏR

ADU mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

03 aprel, 2026

Azərbaycan Dillər Universiteti PHŞ İsrail və Yaxın Şərq mərkəzində  0,5 ştat mütəxəssis  vəzifəsinə vakansiya elan edir.

 

Əsas tələblər

·        Ali təhsil (mərkəzin profilinə uyğun )

·        Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·        Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·        Komandada işləmə 

·        Məsuliyyətlilik

·        İntizamlılıq

·        Nəticəyönümlülük

·        Dəqiqlik

·        Dil bilikləri (mərkəzin profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

- Mərkəz rəhbəri tərəfindən verilmiş tapşırığa əsasən mərkəz müəllimlərinin dərs yükünün müəyyənləşdirilməsi və rəsmiləşdirilməsini.

 - Hesabatlılığı təmin edir, müəyyən olunmuş qaydada müdirinə hesabat verir.

- Tədrisin keyfiyyətinə nəzarət edir, müəllimlərin tədris məşğələlərində iştirak edir,

- Xaricdə təhsillə bağlı müraciətlərə baxılması.

- Mərkəzin istifadəsində olan avadanlıq və digər vəsaitlərə nəzarət.

- Mərkəzin fəaliyyət istiqamətinə uyğun tədbirlər, seminarlar, müsabiqələr təşkil edir;

- Mərkəz sənədlərini tərtib edir;

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 10 aprel saat 18:00-dək göndərə bilərlər.