XƏBƏRLƏR

ADU tələbələri üçün kiber təhlükəsizlik üzrə master-klass keçiriləcək

12 mart, 2026

ADU tələbələrinin diqqətinə!
Aprel ayında Prosol Academy tərəfindən kiber təhlükəsizlik mövzusunda maarifləndirici master-klassın keçirilməsi planlaşdırılır. Master-klass çərçivəsində iştirakçılara müasir kiber təhlükələr və onlardan qorunma yolları haqqında məlumat veriləcək.
Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:
Sosial mühəndislik hücumları – qurbanın marağı və psixologiyası üzərindən manipulyasiya edilərək şəxsi məlumatların əldə olunması üsulları;
Məlumat sızmaları – icazəsi olmayan şəxslərin məxfi və ya qorunan məlumatlara çıxış əldə etməsi və ya bu məlumatların açıq şəkildə ifşa olunması halları.
Master-klass kiber gigiyena və maarifləndirmə məqsədi daşıyır və müasir kiberhücum metodları barədə məlumatlılığını artırmaq istəyən bütün tələbələr üçün nəzərdə tutulub.
Tədbirdə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.
 Qeydiyyat üçün:
https://linktr.ee/prosolacademy⁠
İştirak üçün həmçinin Instagram sosial şəbəkəsində @prosol.academy rəsmi səhifəsində yerləşdirilən bio linkdən də istifadə etmək mümkündür.