XƏBƏRLƏR

ADU bədii rəhbər vəzifəsi üzrə vakansiya elan edir

10 mart, 2026

Azərbaycan Dillər Universiteti PHŞ Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinə bədii rəhbər  vəzifəsinə vakansiya elan edirində 0,5 ştat

Əsas tələblər:

·        Ali təhsil (şöbənin profilinə uyğun )

·        Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·        Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·        Komandada işləmə 

·        Məsuliyyətlilik

·        İntizamlılıq

·        Nəticəyönümlülük

·        Dəqiqlik

·        Dil bilikləri (şöbənin profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

- Universitet daxilində və universitetdən kənarda keçirilən tədbirləri, müsabiqələri təşkil edir;

- Tədbirlərin bədii nöqteyi-nəzərdən keyfiyyətinə nəzarət edir;

- İstedadlı tələbələrin üzə çıxarılmasını, onların doğru-düzgün istiqamətdə fəaliyyətini təmin edir.

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 17 mart saat 18:00-dək  göndərə bilərlər.