Beynəlxalq video-prezentasiya müsabiqəsi elan olunur
Azərbaycan Dillər Universitetinin tələbələrinin nəzərinə çatdırılır ki, Beynəlxalq iqtisadi əlaqələr institutu tərəfindən “From Global Issues to Students’ Solutions” adlı beynəlxalq tələbə video-prezentasiya müsabiqəsi keçirilir.
Müsabiqənin məqsədi tələbələrin qlobal problemlərlə bağlı innovativ ideyalar irəli sürməsini təşviq etmək, onların analitik və tədqiqat bacarıqlarını inkişaf etdirmək, həmçinin beynəlxalq akademik əməkdaşlığı gücləndirməkdir.
Müsabiqədə iştirak qaydaları:
İştirakçılar ali təhsil müəssisələrinin tələbələri ola bilər;
Komanda tərkibi 2–5 nəfər tələbədən ibarət olmalıdır;
Komandaya elmi rəhbər kimi bir müəllim və ya universitet əməkdaşı qoşula bilər;
Müsabiqə distant formatda keçirilir və iştirakçılar video-prezentasiya təqdim etməlidirlər.
Müsabiqənin istiqamətləri:
Gələcəyin iqtisadiyyatının layihələndirilməsi: innovativ ideyalar və onların həyata keçirilməsi
Rəqəmsal mühit və təhlükəsizlik
Psixoloji rifah və sosial həmrəylik
Mədəniyyətlərin sinerjisi: rəqəmsallaşma şəraitində ənənələr
Müsabiqənin müddətləri:
Müsabiqə işlərinin qəbulu: 1 fevral – 29 mart 2026
Münsiflər heyəti tərəfindən qiymətləndirmə: 6 – 19 aprel 2026
Nəticələrin elan edilməsi: 20 aprel 2026
Qaliblərin elan olunması və sertifikatların göndərilməsi: 24 aprel – 18 may 2026
Tələbələr və müəllimlər müsabiqədə fəal iştirak etməyə dəvət olunur.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq və iştirak üçün müraciət etmək istəyənlər aşağıdakı elektron ünvan vasitəsilə əlaqə saxlaya bilərlər:
[email protected]