XƏBƏRLƏR

Orhun Mübadilə Proqramına müraciətlərin qəbulu başlayıb

02 mart, 2026

2026/2027-ci tədris ili üçün Orhun Mübadilə Proqramına müraciətlərin qəbulu başladı

ORHUN mübadilə proqramı çərçivəsində ADU tələbə və müəllimlər 2025/2026-cı tədris ilinin yaz semestri üçün Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərindən birində müraciət edə bilərlər.

Son müraciət tarixi: 18 mart 2026 

Professor-müəllim heyəti üçün məlumat:

 Mübadilə müddəti ən azı 1 həftə, ən çox 1 semestr təşkil edir.

 Akademik fəaliyyət həftədə minimum 6 saat olmalıdır.

 Tədris etmədikdə seminar, panel və konfranslarda iştirak nəzərə alınır.

İlk dəfə iştirak edənlərə üstünlük verilir.

Seçilən universitetin tədris dilinə uyğunluq tələb olunur.

Tələbələr üçün proqramın şərtləri:

 Xarici universitetə təhsil haqqı ödənilmir.

Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə aparılacaq.

Universitetlər haqqında məlumat: http://turkunib.org/tr/site/index/#member

Əsas şərtlər:

Tələbələrin orta balı (ÜÖMG) – 75-dən yuxarı olmalı;

Gedəcək ölkənin tədris dilini (rus,ingilis və ya türk) sərbəst bilməli

I, II kurs bakalavr və I kurs magistr tələbələr müraciət edə bilərlər

Tələb olunan sənədlər:

Tələbə anketi ((ÖĞRENCİ BİLGİ FORMU) – kompüterdə doldurulmalı, burada yalnız 1 universitet adı qeyd olunmalıdır)

 Akademik transkript

Pasport        

Müəllim Haqqında Məlumat Forması (ÖĞRETİM ÜYESİ BİLGİ FORMU)

 Akademik Heyətin Mobillik Proqramı (ÖĞRETİM ÜYESİ HAREKETLİLİK)

Bu formaları http://turkunib.org/en/orhun  saytından əldə etmək olar

Qeyd: İştirakçı yol xərclərini qarşılayacaq.

Orhun mübadilə proqramına müraciət etmək istəyənlərdən sənədləri [email protected] elektron poçtuna bir pdf formatında (sənədləri ayrı-ayrı göndərənlərin müraciətlərinə baxılmayacaq), elektron müraciətin başlıq hissəsində “Orhun“  yazılmaqla göndərmələri xahiş olunur.

LİNK