XƏBƏRLƏR

ADU mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

20 fevral, 2026

Azərbaycan Dillər Universiteti PHŞ İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis  vəzifəsinə vakansiya elan edir.

Əsas tələblər:

·        Ali təhsil (şöbənin profilinə uyğun )

·        Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·        Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·        Komandada işləmə 

·        Məsuliyyətlilik

·        İntizamlılıq

·        Nəticəyönümlülük

·        Dəqiqlik

·        Dil bilikləri (şöbənin profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

- Məşğul olduğu sahə üzrə sənədlərin hazırlanması işini həyata keçirir;

- İllik iş planlarının hazırlanmasını və təsdiqini təmin edir, iş planına dair təkliflər verir;

- Ərizələrini qəbul edir, qəbula gələnlərin qəbulunu təşkil edir, tələbələrin təklif və xahişlərinə baxılmasını təmin edir;

- Şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 27 fevral  saat 18:00-dək  göndərə bilərlər.