XƏBƏRLƏR

ADU mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

05 fevral, 2026

 

Azərbaycan Dillər Universiteti PHŞ İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin  mütəxəssisi  vəzifəsinə vakansiya elan edir.

 

Əsas tələblər

- Ali təhsil

- Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı

- Texniki biliklər (əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadanlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)

- Komandada işləmək bacarığı
 

Vəzifə və öhdəliklər 

- İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir
- Helpdesk portalında işləmə bacarığı
- Kompyuterləri, printerləri, proyektorları  quraşdırmaq

- Şəbəkə kabellərinin çəkilməsi
- Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması

- LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
- Kabelləri sonlandırmaq

- Gün ərzində auditoriyalarda olan avadanlıqların (kompyuter, proyektor) saz işləməsini təmin etmək, Təhsilin Elektron İdarəetmə portalına fasiləsiz girişi təmin etmək.      

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 12 fevral  saat 18:00-dək  göndərə bilərlər.