XƏBƏRLƏR

ADU-da PHŞ İngilis dilinin leksikologiyası kafedrasında 0,5 ştat laborant vəzifəsinə vakansiya elan edilir

03 fevral, 2026

Azərbaycan Dillər Universiteti PHŞ İngilis dilinin leksikologiyası kafedrasında 0,5 ştat laborant vəzifəsinə vakansiya elan edir.

 

Əsas tələblər:

· Ali təhsil ( kafedranın profilinə uyğun )

· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər

· Komandada işləmə

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

· Dil bilikləri (kafedranın profilinə uyğun)

 

Vəzifə və öhdəliklər

-Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak edir;

-Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərir;

-Keçiriləcək dərslərin qrafikini tənzimləyir;

-İxtisasları üzrə biliklərini genişləndirir və dərinləşdirir, araşdırmalara cəlb olunur;

-Kafedranın lazımi sənədlərini təşkil edir;

-Kafedradan tələb olunan məlumatları lazımi strukturlara çatdırır;

-Dərs cədvəlinin tərtib edilməsini, dərs yükünün hesablanmasını;

-Tələbələrlə davranış normalarını, elmi-metodiki göstərişləri və izahatların verilməsini;

-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 10 fevral saat 18:00-dək göndərə bilərlər.