ADU-da intellektual idman növləri üzrə yarışlar keçiriləcək
02 fevral, 2026
Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsi (HİK) və ADU İdman Klubunun birgə təşkilatçılığı ilə universitetin müəllim heyəti və işçiləri arasında Şahmat, Dama və Nərd idman növləri üzrə yarışlar keçiriləcək.
Yarış 09–13 fevral 2026-cı il tarixlərində, saat 11:00-da Azərbaycan Dillər Universitetinin İdman zalında baş tutacaq.
İştirak etmək istəyən müəllim heyəti və işçilər 03–09 fevral 2026-cı il tarixlərinədək ADU İdman Klubunda qeydiyyatdan keçə bilərlər.
Qaliblər pul mükafatı, hədiyyə, diplom və medalla mükafatlandırılacaqlar.