XƏBƏRLƏR

ADU-da PHŞ Hindi dili və mədəniyyəti mərkəzində 0,5 ştat mütəxəssis vəzifəsinə vakansiya elan edilir

29 yanvar, 2026

 

Azərbaycan Dillər Universiteti PHŞ Hindi dili və mədəniyyəti mərkəzində 0,5 ştat mütəxəssis  vəzifəsinə vakansiya elan edir.

 

Əsas tələblər

·        Ali təhsil (mərkəzin profilinə uyğun )

·        Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·        Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·        Komandada işləmə 

·        Məsuliyyətlilik

·        İntizamlılıq

·        Nəticəyönümlülük

·        Dəqiqlik

·        Dil bilikləri (mərkəzin profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

-Təhsil müəssisəsində təlim, tədris və metodiki işləri təşkil edir;

- Təlim, tədris və metodiki işləri təhlil edir;

-Tədris prosesi və metodiki işin səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər verir; 

- Mərkəzin fəaliyyət istiqamətinə uyğun tədbirlər, seminarlar, müsabiqələr təşkil edir;

- Müəllim mobilliyi üzrə müxtəlif sənədlərin hazırlanması işinə rəhbərlik edir və istiqamət verir;

- Mərkəz sənədlərini tərtib edir;

- Ali təhsil müəssisəsinin rəhbərinə və Elmi Şurasına təkliflərlə müraciət;

- ADU-da təşkil olunan tədbirlərdə mərkəzi təmsil edir.

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 05 fevral saat 18:00-dək  göndərə bilərlər.