XƏBƏRLƏR

ADU PHŞ-də İKT xidməti üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

28 yanvar, 2026

Azərbaycan Dillər Universitetində PHŞ İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.

Əsas tələblər

- Ali təhsil

- Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı

- Texniki biliklər (əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadanlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)

- Komandada işləmək bacarığı

Vəzifə və öhdəliklər

- İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir - Helpdesk portalında işləmə bacarığı - Kompyuterləri, printerləri, proyektorları quraşdırmaq

- Şəbəkə kabellərinin çəkilməsi - Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması

- LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək; - Kabelləri sonlandırmaq

- Gün ərzində auditoriyalarda olan avadanlıqların (kompyuter, proyektor) saz işləməsini təmin etmək, Təhsilin Elektron İdarəetmə portalına fasiləsiz girişi təmin etmək.

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 04 fevral saat 18:00-dək göndərə bilərlər.