XƏBƏRLƏR

KNB Təqaüd Proqramı: 2026/2027-ci tədris ili üzrə müraciətlər başlayıb

28 yanvar, 2026

İndoneziya hökumətinin təsis etdiyi KNB təqaüd proqramı (İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı proqramı) bakalavriatura, magistratura və doktorantura təhsili üzrə sənəd qəbulu elan edir.

Təqaüd proqramına 2026/2027-ci tədris ili üzrə sənəd qəbulu 02 fevral – 31 mart 2026-ci il tarixlərində aparılacaqdır.

Təqaüd proqramına müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

- onlayn formatda doldurulmuş ərizə forması,

- attestat (yalnız bakalavriat təhsili üçün) / diplomun/diplomların surəti,

- diploma əlavənin surəti,

- motivasiya məktubu,

- müraciət edənin bitirdiyi təhsil müəssisəsindən tövsiyə məktubu,

- elmi rəhbərin tövsiyə məktubu (yalnız doktorantura təhsili üçün),

- İndoneziya Səfirliyindən tövsiyə məktubu,

- ingilis dili üzrə sertifikat (IELTS və ya TOEFL),

- pasportun surəti.

Bütün sənədlər ingilis dilində (və ya İndoneziya dilində) təqdim edilməlidir.

Təqaüd proqramı aşağıdakı öhdəlikləri üzərinə götürür: təhsil haqqı, aylıq təqaüd, yol xərcləri, sağlamlıq sığortası.

Qeydiyyat üçün aşağıdakı keçidə daxil olun: http://knb.kemdiktisaintek.go.id

Əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz.