ADU PHŞ Biliyin qiymətləndirilməsi şöbəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir
Əsas tələblər:
· Ali təhsil (şöbənin profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (şöbənin profilinə uyğun)
Vəzifə və öhdəliklər
Fakültələr nəzdində dekanlıqlarla əməkdaşlıq şəraitində ixtisaslar üzrə təqaüdlərin hesablanması və nəticələrin mühasibatlıqa ötürülməsi;
-Fakültələr üzrə imtahandan qeyri-müvəffəq qiymət almış (kəsrli), imtahana buraxılmayan, üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələrin sayının təhlili;
- İmtahan üzrə tələbələrin ən çox kəsildiyi fənnlərin siyahısının çıxarılması, müvafiq kaferalara göndərilməsi və nəticələrinin təhlil və hesabatı;
- Akademik transkriptlərin hazırlanması;
-Akademik borcu olan tələbələrin təkrar tədrisə cəlb olunması ilə bağlı qeydiyyat;
-Əlavə tədrisin təşkil olunması ilə bağlı əmr layihələrinin hazırlanması;
-Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılan tələbələr, tələbələrə fərqlənmə və ya adi diplom verilməsi haqqında məlumatların hazırlanması;
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 21 yanvar saat 18:00-dək göndərə bilərlər.