ADU PHŞ Elektron qeydiyyat şöbəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir
Əsas tələblər:
· Ali təhsil (şöbənin profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (şöbənin profilinə uyğun)
Vəzifə və öhdəliklər
- Fakültələr nəzdində ixtisaslar üzrə təqaüdlərin hesablanması və nəticələrin fakültələrə ötürülməsi;
- Məlumatların Rəqəmsallaşdırılması: Mövcud tələbə və məzun məlumatlarının sistemə köçürülməsi;
- Məlumatların Təhlükəsizliyinin Təmin Edilməsi: Məlumatların qorunması üçün müasir şifrələmə sistemlərinin tətbiqi;
- Tələbə Nəticələrinin İzlənməsi: Qiymətlər və akademik göstəricilərin elektron sistemə inteqrasiyası;
- Daimi Monitorinq və Yeniləmə: Sistem performansının mütəmadi yoxlanılması və yenilənməsi.
- Arxiv Sisteminin Qurulması: Köhnə tələbə məlumatlarının rəqəmsal arxivdə saxlanılması;
- Fənn üzrə qrup və dərs cədvəllərinin yaradılması;
- Tələbələrin imtahan nəticələrinin və digər qiymətləndirmələrin sistemə daxil edilməsi;
- Tələbələrin alt qruplara əlavə olunması
- Kafedra fənlərin əlavə edilməsi və sistemdə düzgün qeydiyyatının aparılması;
- Elektron jurnalda məlumatların dəqiqliyinə və vaxtında daxil edilməsinə nəzarət etmək;
- Rəhbərliyin tapşırıqlarını icra etmək və hesabatların hazırlanmasında iştirak etmək
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 21 yanvar saat 18:00-dək göndərə bilərlər