XƏBƏRLƏR

ADU TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİ ÜÇÜN XÜSUSİ İMKAN: CCEI-NİN AYLIQ ÜZVLÜK PLANI

17 dekabr, 2025

Bu fürsəti qaçırmayın!

Hörmətli tələbələr!

Azərbaycan Dillər Universiteti ilə ABŞ-da yerləşən Chartered Culture and Education Institute (CCEI) arasında qurulan əməkdaşlıq çərçivəsində sizə daha bir xüsusi fürsət təqdim edirik. Artıq CCEI-nin geniş imkanlar yaradan Aylıq Üzvlük Planı ADU tələbə və müəllimləri üçün də əlçatan olub.

ADU tələbələri “ADU2006” kodundan istifadə etməklə üzvlük haqqına 20% əlavə endirim əldə edə bilərlər.

CCEI-nin Aylıq Üzvlük Planı 9 (doqquz) ABŞ dolları deyil, cəmi 7,2 ABŞ dolları qarşılığında 15-dən çox peşəkar proqrama limitsiz giriş imkanı yaradır.

Bütün proqramlar:

 Sərbəst özün-öyrənmə (self-paced) formatındadır

 İngilis dilində təqdim olunur

Proqram sahələri:

 Təhsil və Elm Menecmenti

 Dizayn Düşüncəsi və Həyat Dizaynı Proqramları

(Stanford Universiteti modelinə əsaslanır – Design Thinking, Yaradıcı Liderlik, Beynəlxalq əmək bazarında necə iş tapmaq olar, Beynəlxalq Kommunikasiyada Mədəni Kompetensiyalar və s.)

 Hökumət mükəmməlliyi və Dövlət İdarəçiliyi

 Şəhər İdarəçiliyi və Dayanıqlı Şəhərlər

 Mədəniyyət və İrs İdarəçiliyi

 

Üstəlik:

Bütün sertifikatlar daxildir – əlavə ödəniş tələb olunmur

Qlobal mütəxəssislərlə canlı aylıq master-klaslar

 Peşəkar qiymətləndirmələr və karyera dəstəyi

Beynəlxalq mentorlar və liderlər icması

 

Qeyd: 2025-ci ilin 31 dekabrınadək üzv olanlar üçün üzvlük haqqı bütün növbəti illərdə dəyişməz qalacaq.

 

 CCEI Aylıq Üzvlük Planına qoşulun:

https://www.cultureeducation.org/monthly-membership-plan

 

Hörmətlə,

Chartered Culture and Education Institute

Washington DC, McLean 22102, USA

E: [email protected]

W: www.cultureeducation.org