XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir

05 dekabr, 2025

Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant  vəzifəsinə vakansiya elan edir

 

Əsas tələblər:

·         Ali təhsil ( kafedranın profilinə uyğun )

·         Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·         Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·         Komandada işləmə 

·         Məsuliyyətlilik

·         İntizamlılıq

·         Nəticəyönümlülük

·         Dəqiqlik

·         Dil bilikləri (kafedranın profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

-Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak edir;

-Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərir;

-Keçiriləcək dərslərin qrafikini tənzimləyir;

-İxtisasları üzrə biliklərini genişləndirir və dərinləşdirir, araşdırmalara cəlb olunur;

-Kafedranın lazımi sənədlərini təşkil edir;

-Kafedradan tələb olunan məlumatları lazımi strukturlara çatdırır;

-Dərs cədvəlinin tərtib edilməsini, dərs yükünün hesablanmasını;

-Tələbələrlə davranış normalarını, elmi-metodiki göstərişləri və izahatların verilməsini;

-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına               12 dekabr  saat 18:00-dək  göndərə bilərlər.