XƏBƏRLƏR

Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək 

24 noyabr, 2025

 

Azərbaycan Dillər Universitetinin İngilis–fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə 2 dekabr 2025-ci il, saat 10:30-da akademik Yusuf Məmmədəliyevin memorial muzeyində “Akademik Yusuf Məmmədəliyev – 120: Elmi terminologiya və dil siyasətinə töhfələr” adlı tədbir keçiriləcək.

Tədbirdə akademikin elm və təhsil sahəsindəki xidmətlərinə dair çıxışlar dinləniləcək.

Tarix: 02.12.2025
Saat: 10:30
Məkan: Akademik Yusuf Məmmədəliyev adına Neft -Kimya Prosesləri İnstitutu