XƏBƏRLƏR

4Sİ Akademiyasında “Milli Proqram” üzrə 7-ci kohort qeydiyyatı başlayıb

21 noyabr, 2025

 

Azərbaycan Dillər Universitetinə daxil olmuş rəsmi müraciətə əsasən, ölkəmizin insan kapitalının inkişafına yönəlmiş ən böyük təşəbbüslərdən biri olan 4Sİ Akademiyası – “Milli Proqram” layihəsinin növbəti – 7-ci kohortu üzrə qeydiyyatın başladığı bildirilib. Layihə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Təhsil İnkişafı Fondu və dünyanın aparıcı onlayn təhsil platforması Coursera ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Proqramda yaşından və təhsil səviyyəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları iştirak edə bilər. Qeydiyyatdan keçənlər 6 həftə müddətində Coursera platformasında təklif olunan seçilmiş təlim paketinə ödənişsiz çıxış imkanı əldə edirlər.

Proqramın üstünlükləri:

13 000+ beynəlxalq kurs

6 həftəlik ödənişsiz istifadə imkanı

2500+ kurs Azərbaycan dilində subtitrlərlə

15 populyar kurs Azərbaycan dilində dublyajla

Süni intellekt, data analitikası, layihə idarəçiliyi, maliyyə, idarəetmə, kənd təsərrüfatı və digər sahələr üzrə müasir təlimlər

7-ci kohortun başlanma tarixi: 9 dekabr 2025


 Qeydiyyat linki: https://form.4sim.gov.az/
 Son qeydiyyat tarixi: 8 dekabr 2025

Azərbaycan Dillər Universiteti tələbə, müəllim və inzibati heyəti bu imkanlardan yararlanmağa və öz bilik və bacarıqlarını beynəlxalq səviyyədə inkişaf etdirməyə dəvət edir.