XƏBƏRLƏR

ADU PHŞ Magistratura şöbəsinə metodist vəzifəsinə vakansiya elan edir

19 noyabr, 2025

 

Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinin metodisti vəzifəsinə vakansiya elan edir

                                                                                          

Əsas tələblər:

·         Ali təhsil ( şöbənin profilinə uyğun )

·         Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

·         Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

·         Komandada işləmə 

·         Məsuliyyətlilik

·         İntizamlılıq

·         Nəticəyönümlülük

·         Dəqiqlik

·         Dil bilikləri (şöbənin profilinə uyğun)

 

Əmək funksiyası.

·         Magistratura şöbəsinə qəbul olan tələbələrin ixtisaslar və bölmələrə uyğun qruplaşdırılması barədə məlumatı hazırlamaq

·         Cari tədris ilində Magistraturaya qəbul olmuş tələbələrin seçilən dissertasiya mövzuları barədə şöbə müdirinə təqdimat hazırlayıb məlumat vermək

·         Magistrantlar elmi rəhbərlərini və ya dissertasiya mövzularını hər hansı səbəbdən dəyişməli olduğu halda bu barədə məlumatı şöbə müdirinə təqdim etmək

·         Cari tədris ilində imtahan sessiyasından əvvəl kafedraları imtahan biletlərini təhvil vermələri barədə məlumatlandırmaq və onları toplamaq, hər bir qrupa fənlər üzrə imtahan biletlərinin hazırlanmasına köməklik etmək

·         Magistrlik dissertasiyalarının müdafiəsi üçün tələb olunan sənədlər barədə tələbələri məlumatlandırmaq, şöbədən verilməli olan formalarla tələbələri təmin etmək və müəyyən olunmuş vaxta qədər sənədləri toplu halında yığmaq

·         2-ci kurs magistrantların elmi-tətqiqat və pedaqoji təcrübədə iştirakını təmin etmək məqsədi ilə ixtisaslara uyğun kafedralara bölünməsi

·         Magistrantlara elmi fəaliyyətlərində lazım olan məlumatları vermək

·         Tədris proqramında nəzərdə tutulan bütün proqramı yerinə yetirən magistrantların müdafiəyə buraxılmaları barədə məlumatı şöbə müdirinə təqdim etmək

·         Magistratura şöbəsinin təşkil etdiyi tədbirlərdə iştirak etmək və tədbirlərin gedişatına nəzarət etmək.

·         Münaqişə təşkilində tələbələrin ərizələrini toplayıb imtahan işləri ilə bərabər münaqişə komissiyasına təqdim etmək

·         İmtahan sessiyasında fənn proqramlarının hazırlanmasında iştirak

·         İmtahan sessiyasının təşkili prosesinda iştirak etmək

·         Dissertasiya müdafiyəsi prosesində iştirak

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 25 noyabr  saat 18:00-dək  göndərə bilərlər.