XƏBƏRLƏR

Mikromobillik vasitələrinin düzgün və təhlükəsiz istifadəsi üzrə maarifləndirici tədbir keçiriləcək

05 noyabr, 2025

Noyabrın 14- də Azərbaycan Dillər Universitetində (ADU) “Mikromobillik vasitələrinin (elektrikli skuter, velosiped və s.) düzgün və təhlükəsiz istifadəsi” mövzusunda maarifləndirici tədbir keçiriləcək. Tədbir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya Departamentinin Daxili Kommunikasiya və Tədbirlərin Təşkili Şöbəsinin aparıcı mütəxəssisi Ruhlan Əbülfəzzadənin iştirakı və ADU-nun Strateji İnkişaf və Planlama Şöbəsinin birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Proqram:

10:30–11:30 – Infosessiya (ADU Akt zalı, təqdimat və müzakirələr)

11:30–12:30 – Praktiki velosiped təlimi (universitet həyəti)


Təlimlər interaktiv formatda keçiriləcək. İştirakçılar həm nəzəri bilik, həm də praktiki bacarıqlar əldə edəcəklər.

Hər kəsi tədbirə dəvət edirik!