ADU tələbələri üçün beynəlxalq karyera və həyat dizaynı imkanı!
Dünyanın top universitetləri modelində Karyera və Həyat Dizaynı Laboratoriyasını kəşf edin
Əziz Azərbaycan Dillər Universitetinin tələbələri,
Azərbaycan Dillər Universitetinin Strateji inkişaf və planlama şöbəsi olaraq, ABŞ-da yerləşən və innovativ karyera, təhsil və liderlik proqramları təqdim edən Chartered Culture and Education Institute (CCEI) ilə tərəfdaşlığımızı elan etməkdən məmnunuq.
Bu əməkdaşlıq çərçivəsində, ADU tələbələri CCEI-nin Karyera və Həyat Dizaynı Laboratoriyasının proqramlarına (6 proqrama 1244 ABŞ dolları əvəzinə cəmi 97 ABŞ dolları) — əlavə olaraq Tələbə Üzvlüyünə 30% endirimlə, yəni ümumilikdə 12 dəfədən çox az ödənişlə qoşula bilərlər.
Karyeranı və həyatını məqsədli şəkildə dizayn et!
Stanford və Johns Hopkins modellərinə əsaslanan CCEI Karyera və Həyat Dizaynı Proqramı sizə öz bacarıqlarınızı, dəyərlərinizi və gələcək yolunuzu yenidən kəşf etməyə kömək edəcək.
Bu proqramda siz dizayn düşüncəsi, karyera planlaşdırması, liderlik və emosional zəka, mədəniyyətlərarası kommunikasiya və qlobal karyera strategiyaları kimi mövzuları öyrənəcəksiniz.
Nəticədə öz potensialınızı reallaşdıracaq, məqsədlərinizə uyğun qərarlar verəcək və mənalı, məqsədli bir həyat dizayn edəcəksiniz.
Kimlər üçün nəzərdə tutulub?
Universitetdə təhsil alan və karyerasını qlobal mühitdə qurmaq istəyən bütün tələbələr üçün.
Tələbə üzvlüyü sizə nə qazandırır?
• Qlobal ekspertlərlə vebinarlar və seminarlar
• İllik 4 onlayn seminar: Yaradıcı Liderlik, Karyera Planlaması, Mədəniyyətlərarası Kommunikasiya, Dizayn Düşüncəsi
• Karyera və Həyat Dizayn Labına limitsiz giriş – bütün əsas özünüinkişaf proqramları ilə birlikdə:
- Karyera Planlaması və Həyat Dizaynı Sertifikat Proqramı – portfoliolar, CV, LinkedIn, müsahibə hazırlığı və həyat & karyera üçün dizayn düşüncəsi
- Dizayn Düşüncəsi Sertifikat Proqramı – innovasiya və problem həll etmə bacarıqları
- Yaradıcı və Adaptiv Liderlik Sertifikatı – çeviklik, dayanıqlılıq və emosional zəka
- Qlobal Karyera Səyahəti Proqramı – beynəlxalq iş bazarında uğur qazanmaq üçün praktiki biliklər
- Biznesdə Mədəniyyət Bacarıqları – müxtəlif ölkələrin mədəni mühitlərində effektiv kommunikasiya bacarığı
• Qlobal tələbə şəbəkəsinə qoşulmaq
• Rüblük onlayn networking görüşlərində iştirak imkanı
Niyə üzvlük daha sərfəlidir?
Adi halda hər bir proqram üçün ayrıca ödəniş etməlisiniz.
CCEI Tələbə Üzvlüyü ilə isə siz cəmi 97 ABŞ dolları ödəyərək bütün proqramlara, seminar və resurslara bir il müddətinə limitsiz giriş əldə edirsiniz.
Üstəlik, bitirdiyiniz hər bir proqram üzrə CCEI Prezidenti və ABŞ Beynəlxalq Liderlik Assosiasiyasının İdarə Heyətinin Sədri tərəfindən imzalanmış beynəlxalq sertifikat əldə edirsiniz.
30% Tərəfdaş Endirimi və proqramlara 12 dəfədən çox az ödəmə!
BHOS rəsmi tərəfdaş olduğu üçün, siz CCEI Tələbə Üzvlüyünə 30% endirim əldə edirsiniz.
- Daha ətraflı: CCEI Karyera və Həyat Dizayn Labı haqqında
https://www.cultureeducation.org/ccei-career-life-design-center
· Endirimli üzvlüyünüzü aktiv edin (Kod: AUL2025):
İndi qeydiyyatdan keçin və əlavə 30% endirim fürsətini qaçırmayın:
www.cultureeducation.org/ccei-membership-funnel
Proqramlar haqqında videolar
· Career and Life Design (YouTube)
· “Design Thinking for Students and Professionals” YouTube
· “Creative and Adaptive Leadership Program”
· Welcome to the Global Career Journey: Navigating the International Job Market
· Cultural competences for Business Program (YouTube)
Xüsusi İmkan: Qlobal Layihələr Mükafat Müsabiqəsi
Siz üzv olaraq həm də CCEI Qlobal Layihələr Mükafat Müsabiqəsində iştirak etmək hüququ qazanırsınız bununla öz ideyalarınızı və layihələrinizi beynəlxalq platformada təqdim edirsiniz. Beləki, siz
- Karyera və Həyat Dizaynı Lab-ında öyrəndiyiniz dizayn düşüncəsi biliklərini tətbiq etməklə real problemlərə həll təklif edən öz ideya və ya layihənizi təqdim edirsiniz.
- Dünyanın müxtəlif ölkələrindən innovativ tələbələrlə yarışırsızınız.
Vaxt cədvəli:
- Müraciətlərin qəbulu: May 2026
- Final və mükafatlandırma mərasimi: Sentyabr 2026
Mükafatlar:
- 1-ci yer — 1,000 USD + Bütün proqramlara (ümumi dəyəri 4000 ABŞ dollarından çox olan) əlavə bir illik ödənişsiz giriş imkanı
- 2-ci yer — 500 USD + Bütün proqramlara (ümumi dəyəri 4000 ABŞ dollarından çox olan) əlavə bir illik ödənişsiz giriş imkanı
- 3-cü yer — Bütün proqramlara (ümumi dəyəri 4000 ABŞ dollarından çox olan) əlavə bir illik ödənişsiz giriş imkanı
Bu, yalnız öyrənmək deyil, həm də təsir yaratmaq, tanınmaq və ideyalarınıza maliyyə dəstəyi qazanmaq fürsətidir.
Bu, sizin üçün gələcəyinizi açmaq, qlobal karyera bacarıqları qazanmaq və ilhamverici tələbə şəbəkəsinə qoşulmaq imkanını yaradır.
Əlavə məlumat üçün www.cultureeducation.org və ya [email protected] əlaqə saxlaya bilərsiniz.