XƏBƏRLƏR

Stanford və Johns Hopkins modellərinə əsaslanan “Karyera və Həyat Dizaynı Laboratoriyası”nı kəşf edin!

07 noyabr, 2025

Dünyanın top Universitetləri modelində Karyera və Həyat Dizaynı Laboratoriyasını kəşf edin — akademik və inzibati heyət üçün!

Əziz universitetimizin akademik, müəllim və inzibati heyəti,

Azərbaycan Dillər Universitetinin Strateji inkişaf və planlama şöbəsi olaraq, ABŞ-da yerləşən və innovativ təhsil, liderlik və karyera inkişafı proqramları təqdim edən Chartered Culture and Education Institute (CCEI) ilə tərəfdaşlığımızı elan etməkdən məmnunuq.

Bu əməkdaşlıq çərçivəsində universitetimizin əməkdaşları CCEI-nin Karyera və Həyat Dizaynı Laboratoriyasının proqramlarına 7 beynəlxalq proqrama 1543 ABŞ dolları əvəzinə cəmi 174 ABŞ dollarına – yəni təxminən 9 dəfə az ödənişlə və əlavə olaraq Professional Üzvlüyə 30% endirimlə qoşula bilərlər.


 Öz inkişaf yolunuzu məqsədli şəkildə dizayn edin!

Stanford və Johns Hopkins Universitetlərinin təcrübəsinə əsaslanan CCEI Karyera və Həyat Dizaynı Proqramı sizə öz bacarıqlarınızı, dəyərlərinizi və professional məqsədlərinizi yenidən düşünmək, daha balanslı və məqsədli karyera dizayn etmək imkanı təqdim edir.

Proqram çərçivəsində iştirakçılar:

  • Dizayn düşüncəsi və innovativ yanaşma bacarıqları,
  • Liderlik və emosional zəka,
  • Mədəniyyətlərarası kommunikasiya və qlobal iş mühiti,
  • Peşəkar inkişaf və karyera planlaşdırması sahələrində praktiki biliklər əldə edəcəklər.

 Proqram kimlər üçün nəzərdə tutulub?

  • Universitetin akademik və inzibati heyəti,
  • Öz liderlik, tədris və idarəetmə bacarıqlarını inkişaf etdirmək istəyən mütəxəssislər,
  • Qlobal mühitdə əməkdaşlıq və innovativ düşüncə bacarıqlarını gücləndirmək istəyən bütün əməkdaşlar üçün.

 Professional Üzvlüyün üstünlükləri:

• Qlobal ekspertlərlə vebinarlar və seminarlar
İllik 4 beynəlxalq onlayn seminar: Liderlik, Komanda idarəçiliyi, Mədəniyyətlərarası kommunikasiya, Dizayn düşüncəsi
Aşağıdakı 6 əsas sertifikat proqramına limitsiz giriş:

  1. Karyera və Həyat Dizaynı Sertifikat Proqramı
  2. Dizayn Düşüncəsi Sertifikat Proqramı
  3. Yaradıcı və Adaptiv Liderlik Sertifikatı
  4. Qlobal Karyera və İş Mühiti Proqramı
  5. Biznesdə Mədəniyyət Bacarıqları Proqramı
  6. Elmin İdarəedilməsi Proqramı

 Qlobal peşəkar şəbəkəyə qoşulmaq
 Rüblük onlayn networking görüşlərində iştirak imkanı


 Niyə bu üzvlük daha sərfəlidir?

Adi halda bu proqramların ümumi dəyəri 1543 ABŞ dolları təşkil edir.
CCEI Professional Üzvlüyü ilə siz cəmi 174 ABŞ dolları ödəməklə bütün proqramlara, resurslara və seminarlara bir il ərzində limitsiz giriş əldə edirsiniz.


Hər bir proqramı tamamladıqda sizə CCEI PrezidentiABŞ Beynəlxalq Liderlik Assosiasiyasının İdarə Heyətinin Sədri tərəfindən imzalanmış beynəlxalq sertifikat təqdim olunur.


 30% ADU əməkdaş endirimi və əlavə imkanlar

Azərbaycan Dillər Universitetinin akademik və inzibati heyəti üçün xüsusi 30% tərəfdaş endirimi təqdim olunur.

Bundan əlavə, CCEI ilə aparılan danışıqlar nəticəsində, Elmin İdarəedilməsi (Science Management) Proqramı da artıq universitetimizin əməkdaşları üçün üzvlük paketinə daxil edilmişdir.
Beləliklə, universitet heyətindən üzv olan şəxslər bu proqramdan da əlavə ödəniş etmədən yararlana biləcəklər.

Endirim kodu:  AULP2025

 Qeydiyyat və daha ətraflı məlumat üçün:
www.cultureeducation.org/ccei-membership-funnel
 Əlaqə: [email protected]

Proqramlar haqqında videolar

·         Career and Life Design (YouTube)

·         “Design Thinking for Students and Professionals” YouTube

·         “Creative and Adaptive Leadership Program”

·         Welcome to the Global Career Journey: Navigating the International Job Market

·         Cultural competences for Business Program (YouTube)

 


Bu əməkdaşlıq universitetimizin əməkdaşlarına liderlik, innovasiya, elmin idarəedilməsi və qlobal düşüncə bacarıqlarını inkişaf etdirmək üçün beynəlxalq səviyyədə tanınan unikal imkan yaradır.