XƏBƏRLƏR

ADU-da Alman dili müəllimləri üçün Motivasiya Günü keçiriləcək

29 oktyabr, 2025

 

Azərbaycan Dillər Universitetinin Goethe Institutu Gürcüstan ilə əməkdaşlığı çərçivəsində “Motivasiya günü – „Wir unter uns – motiviert motivieren“ adlı tədbir 15 noyabr 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində keçiriləcək!
Bu tədbir həm paytaxtda, həm də regionlarda çalışan alman dili müəllimlərini bir araya gətirərək ilham, təcrübə və fikir mübadiləsi üçün unikal imkan yaradacaq. Tədbir çərçivəsində iştirakçılar dörd maraqlı seminar arasından birini seçərək iştirak edə biləcəklər.
Hər iştirakçı yalnız bir seminarda iştirak edə bilər.
Yerlər məhduddur – erkən qeydiyyat vacibdir!

Tarix: 15 noyabr 2025
Ünvan: Azərbaycan Dillər Universiteti, Rəşid Behbudov küçəsi 134

Qeydiyyat üçün son tarix: 6 noyabr 2025
Tədbir haqqında ətraflı məlumat: https://www.goethe.de/ins/ge/de/unt/for/kal.cfm
Qeydiyyat linki: https://www.goethe.de/ins/ge/de/unt/for/kal.cfm
Sizi motivasiya dolu bir gün üçün ADU-da səbirsizliklə gözləyirik!