XƏBƏRLƏR

Tələbələrin nəzərinə, ADU-da ESSE müsabiqəsi keçiriləcək!

28 oktyabr, 2025

25 Noyabr 2025-ci il tarixində Təhsildə Xarici dillər və Rus dili və ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Şanlı Zəfərin 5 illiyi münasibətilə «Zəfərə gedən yol» adlı esse müsabiqəsi keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr, 1-2 səhifə həcmində, 1 interval, 14 şriftlə (times new roman), Azərbaycan, rus, alman, fransız, ingilis dilləri işçi dillərin hər hansısa birində yazılan esselərini 15 Noyabr 2025-ci il tarixinə qədər, [email protected] adlı e-mailə göndərə bilər.

Müsabiqəyə təqdim olunan esselər xüsusi komissiya tərəfindən yoxlanılacaq və ən yaxşı esselər mükafatlandırılacaqdır.

Esse mövzuları aşağıda qeyd olunmuşdur.

 

Esse mövzuları

·        Rəsmi və tarix yönümlü mövzular

 

1. Zəfərə aparan birlik və milli həmrəylik

2. Qarabağ Azərbaycandır: 44 günün dastanı

3. Vətən müharibəsi: qəhrəmanlıq,vətənpərvərlik və qürur

4. Ali Baş Komandanın rəhbərliyi ilə Zəfərə gedən yol

5. Azərbaycan Ordusunun şanlı tarixi- Zəfər salnaməsi

 

·        Bədii və emosional yönümlü mövzular

 

6. Qəlbimdəki Zəfər

7. Şəhid qanı ilə yazılan tarix

8. Zəfərə aparan dua və inam

9. Anamın gözündəki qürur - Zəfər günü

10. 44 günün işığında doğan azadlıq

 

·        Gənclik və gələcək baxışı ilə bağlı mövzular

 

11. Gənclərin Zəfər ruhu - gələcəyə inam

12. Zəfərdən doğan yeni Azərbaycan

13. Qəhrəmanlardan aldığımız ilham

14. Zəfər mirasımızdır- onu qorumaq borcumuzdur

15. Zəfərin izi ilə keçmişdən gələcəyə