ADU PHŞ Təlim və metodologiya mərkəzinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir
Azərbaycan Dillər Universiteti PHŞ Təlim və metodologiya mərkəzinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir
Əsas tələblər
· Ali təhsil (mərkəzin profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (mərkəzin profilinə uyğun)
Vəzifə və öhdəliklər
-Təhsil müəssisəsində təlim, tədris və metodiki işləri təşkil edir;
- Təlim, tədris və metodiki işləri təhlil edir;
-Tədris prosesi və metodiki işin səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər verir;
- Mərkəzin fəaliyyət istiqamətinə uyğun tədbirlər, seminarlar, müsabiqələr təşkil edir;
- Müəllim mobilliyi üzrə müxtəlif sənədlərin hazırlanması işinə rəhbərlik edir və istiqamət verir;
- Mərkəz sənədlərini tərtib edir;
- Ali təhsil müəssisəsinin rəhbərinə və Elmi Şurasına təkliflərlə müraciət;
- ADU-da təşkil olunan tədbirlərdə mərkəzi təmsil edir.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 29 oktyabr saat 18:00-dək göndərə bilərlər.