XƏBƏRLƏR

ADU-da Meksika səfiri ilə görüş keçiriləcək

17 oktyabr, 2025

 

Azərbaycan Dillər Universitetində (ADU) “Səfir saatı” layihəsi çərçivəsində
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
xanım Maria Victoria Romero Caballero ilə tələbələrin görüşü keçiriləcək.

Tarix: 20 oktyabr
Saat: 12:00
Məkan: Azərbaycan Dillər Universiteti, Heydər Əliyev adına Muzey Lektoriya

Görüş zamanı tələbələr Meksika haqqında maraqlı məlumatlar əldə edəcək,
səfir xanımla fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.