XƏBƏRLƏR

ADU-da “Təcrübədən əvvəl təcrübə” layihəsinə qeydiyyat başlayıb

17 oktyabr, 2025

Azərbaycan Dillər Universitetinin Əlavə təhsil, təcrübə və karyera şöbəsi "Təcrübədən əvvəl təcrübə" layihəsini təqdim edir.

Universitet tələbələri üçün nəzərdə tutulmuş Təcrübə Layihəsinə qeydiyyat başlayıb!

 

Universitetin bütün tələbələri üçün nəzərdə tutulmuş bu proqramda tələbələr təhsil aldıqları müddətdə müxtəlif təcrübə bazalarında (özəl məktəblər, tərcümə mərkəzləri, televiziyalar və s.) 2 ay müddətində təcrübə keçəcəklər. Layihənin məqsədi tələbələrin təhsil aldıqları ixtisas üzrə nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və gələcək karyeralarına inamla addımlamasına dəstək olmaqdır.

 

  İştirak şərtləri:

 

ADU-nun bütün tələbələri müraciət edə bilər;

 

Təcrübə müddəti: 6–8 həftə;

 

Seçim müsahibə əsasında aparılacaq.

 

 Qeydiyyat üçün son tarix: 25 oktyabr 2025

 Qeydiyyat linki: https://forms.gle/Gz1HUDssvNsxfcDT7

 Əlaqə: [email protected]