ADU PHŞ İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir
Azərbaycan Dillər Universiteti PHŞ İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Əsas tələblər
- Ali təhsil
- Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı
- Texniki biliklər (əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadanlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)
- Komandada işləmək bacarığı
Vəzifə və öhdəliklər
- İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir
- Helpdesk portalında işləmə bacarığı
- Kompyuterləri, printerləri, proyektorları quraşdırmaq
- Şəbəkə kabellərinin çəkilməsi
- Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması
- LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
- Kabelləri sonlandırmaq
- Gün ərzində auditoriyalarda olan avadanlıqların (kompyuter, proyektor) saz işləməsini təmin etmək, Təhsilin Elektron İdarəetmə portalına fasiləsiz girişi təmin etmək.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 24 oktyabr saat 18:00-dək göndərə bilərlər.