“Cənubi Qafqazda körpülər qurmaq” beynəlxalq proqramına müraciətlər başlayıb
Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə 31 oktyabr – 10 noyabr 2025-ci il tarixlərində Tbilisidə keçiriləcək “Cənubi Qafqazda körpülər qurmaq: Dialoq və görüşlər” adlı beynəlxalq payız düşərgəsinə müraciətlərin qəbulunu elan edir.
Proqram alman dilində ən azı B1 səviyyəsində biliklərə malik tələbələr üçün nəzərdə tutulmuşdur. Düşərgənin məqsədi iştirakçılara qarşılıqlı dialoq və mədəni mübadilə vasitəsilə yeni baxışlar və təcrübələr qazanmaq imkanı yaratmaqdır.
Proqram çərçivəsində iştirakçıları aşağıdakı mövzular gözləyir:
· Ünsiyyət və münaqişələrin həlli üzrə əsas biliklər;
· Dialoqun təşkili və konstruktiv yanaşmaların inkişafı;
· Mübadilə və qarşılıqlı anlaşma üçün maraqlı asudə vaxt proqramı.
İştirakçılar üçün yaşayış, qidalanma və proqram tam ödənişsiz təmin edilir, həmçinin səfər xərcləri qarşılanır.
Müraciət qaydası:
Namizədlərdən alman dilində tərcümeyi-hal (Lebenslauf) və motivasiya məktubu (maksimum 1 səhifə) təqdim etmələri xahiş olunur.
Sənədlər aşağıdakı ünvana göndərilməlidir:
Müraciət üçün son tarix: 15 oktyabr 2025

