Cahan Dilləri Universiteti sizi beynəlxalq mədəniyyət proqramına dəvət edir!
Özbəkistanın Cahan Dilləri Universiteti 15–21 dekabr 2025-ci il tarixlərində mədəni proqram təşkil edir.
Proqramın məqsədi tələbələr, müəllimlər və tədqiqatçılar arasında elmi və mədəni təcrübə mübadiləsini təşviq etməkdir.
İştirak haqqı: 210 ABŞ dolları (aviabilet daxil deyil)
Məbləğə daxildir:
1. Aeroportdan qarşılanma və aeroportadək transfer
2. Daşkənddə 3 gecə (3–4★ otel) – səhər yeməyi daxil
3. Səmərqənddə 1 gecə (3–4★ otel) – səhər yeməyi daxil
4. Buxarada 1 gecə (3–4★ otel) – səhər yeməyi daxil
5. Buxaraya nəqliyyat xərcləri (sürətli qatar və ya mikroavtobus)
6. Səmərqəndə nəqliyyat xərcləri (sürətli qatar və ya mikroavtobus)
7. Daşkənddə qarşılanma günü 1 nahar
8. Daşkənddə yola salınma günü 1 şam yeməyi
9. Qrupun daimi müşayiəti
İştirak etmək istəyənlər [email protected] elektron ünvanına
başlıq hissəsində “Cahan Dilləri Universiteti” yazmaqla müraciət göndərməlidirlər.
Son müraciət tarixi: 30 oktyabr 2025-ci il