XƏBƏRLƏR

ADU-da Dünya ədəbiyyətı və nəzəriyyəsi kafedrasında vakansiya

29 sentyabr, 2025

Azərbaycan Dillər Universitetində PHŞ Dünya ədəbiyyətı və nəzəriyyəsi kafedrasında laborant vəzifəsi boşdur.

Əsas tələblər:

·  Ali təhsil ( kafedranın profilinə uyğun )

· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

· Komandada işləmə 

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

· Dil bilikləri (kafedranın profilinə uyğun)

 

Vəzifə və öhdəliklər 

-Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak edir;

-Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərir;

-Keçiriləcək dərslərin qrafikini tənzimləyir;

-İxtisasları üzrə biliklərini genişləndirir və dərinləşdirir, araşdırmalara cəlb olunur;

-Kafedranın lazımi sənədlərini təşkil edir;

-Kafedradan tələb olunan məlumatları lazımi strukturlara çatdırır;

-Dərs cədvəlinin tərtib edilməsini, dərs yükünün hesablanmasını;

-Tələbələrlə davranış normalarını, elmi-metodiki göstərişləri və izahatların verilməsini;

-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 03 oktyabr  saat 18:00-dək  göndərə bilərlər.