XƏBƏRLƏR

ADU-da kibertəhlükəsizlik mövzusunda təlim keçiriləcək

23 sentyabr, 2025

Hörmətli tələbə və əməkdaşlar!

Sizi 03 oktyabr 2025-ci il, saat 12:00-da Azərbaycan Dillər Universitetinin 1 saylı tədris binasının Akt zalında keçiriləcək “Akademik mühitdə kibertəhlükəsizlik” adlı maarifləndirici tədbirə dəvət edirik.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4060 nömrəli Sərəncamı əsasında Strateji inkişaf və planlama şöbəsi ilə PR Poit şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaqdır.

Təlimçi qismində “Texio Academy”nin qurucusu Elgün Bəxtiyaroğlu çıxış edəcəkdir.