İngilis dilinin qrammatikası kafedrasında Laborant axtarılır
Azərbaycan Dillər Universiteti PHŞ İngilis dilinin qrammatikası kafedrasında Laborant vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
Ali təhsil (kafedranın profilinə uyğun)
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
Komandada işləmə bacarığı
Məsuliyyətlilik və intizamlılıq
Nəticəyönümlülük və dəqiqlik
Dil bilikləri (kafedranın profilinə uyğun)
Vəzifə və öhdəliklər:
Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak etmək
Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərmək
Dərslərin qrafikini tənzimləmək
Elmi araşdırmalara cəlb olunmaq, bilikləri genişləndirmək
Kafedranın sənədləşmə işlərini aparmaq
Tələb olunan məlumatları aidiyyəti strukturlara çatdırmaq
Dərs cədvəli və dərs yükünün hesablanmasını təmin etmək
Tələbələrlə düzgün davranış normalarına riayət etmək, metodiki göstərişlər vermək
İKT bacarıqlarından istifadə etmək
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına əməl etmək
Əlavə məlumat:
Əmək haqqı namizədin kvalifikasiyasına uyğun olaraq işə qəbul komissiyası tərəfindən müəyyən ediləcək.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün CV-lərinizi 19 sentyabr, saat 18:00-dək [email protected] ünvanına göndərə bilərsiniz.