XƏBƏRLƏR

Vakansiya elanı

04 sentyabr, 2025

Azərbaycan Dillər Universiteti PHŞ Beynəlxalq əlaqələr üzrə prorektorluqda assistent  vəzifəsinə vakansiya elan edir

Əsas tələblər:

· Ali təhsil

· Dil bilikləri

· Kompüter bilikləri: Microsoft Office IT: MS Word, Excel, internet, (sərbəst səviyyədə)

· İşgüzar ünsiyyət etikikası və peşə etiketi qaydalarını.

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

· Komandada işləmə 

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

Vəzifə və öhdəliklər  

-Beynəlxalq əlaqələr üzrə prorektorluğa  daxil olan müraciətlərini şifahi cavablandırılması, adiyyatı üzrə e-mail və yazışmaların həyata keçirilməsi;

- Prorektorun gündəlik iş qrafikinin planlaşdırılması və icrasına dəstək olmaq.  (Prorektorun göstərişi ilə görüş cədvəlini tərtib etmək və bu cədvələ nəzarət etmək; bu görüşləri lazımi səviyyədə hazırlanmasında iştirak etmək və nəzarət etmək.);

- Mərkəzlərin vasitəsilə və ya birbaşa Azərbaycandakı xarici ölkə səfirləri və səfirlik nümayəndələri ilə ADU rəhbərliyinin görüşünü, eləcə də tələbələr üçün “Səfir saatı”nı təşkil etmək; görüşün təşkilində yaranan logistika işlərinin yerinə yetirilməsi;

- Prorektorluqda texniki- logistik işlərin yerinə yetirilməsi;

-Xarici ölkələrin bayramları, mərasimləri, matəm günləri ilə bağlı hərtərəfli məlumata malik olub, ölkə nümayəndəlikləri, səfirliklərlə müvafiq yazışmanın aparılması, məktubların və dəvətnamələrin hazırlanması, lazımi yerə göndərilməsini təşkil edilməsi;

-Müvafiq şöbələrlə birgə ADU-nu bitirən məzunların müraciəti  əsasında onların universiteti bitirməsi haqqında arayışın hazırlanması, akademik transkriptlərin alınması və tələb olunan yerə e-mail vasitəsi ilə göndərilməsinin təşkil edilməsi;

- Beynəlxalq əlaqələrlə bağlı rektorluq səviyyəsində Mərkəzlərin keçirdiyi əhəmiyyətli tədbirləri arxivləşdirilməsi; gərəkli məlumatları mətbuata göndərilməsi;

-ADU-ya dəvət olunacaq xarici qonaqların dəvət məktublarının, təqdimatların hazırlanması, qarşılanması üçün müvafiq strukturla əlaqə qurulması və qarşılanmanın təşkil edilməsi;

 Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına               08 sentyabr  saat 18:00-dək  göndərə bilərlər.

Azərbaycan Dillər Universiteti PHŞ Linqvokulturologiya kafedrasında laborant  vəzifəsinə vakansiya elan edir

 Əsas tələblər:

· Ali təhsil ( kafedranın profilinə uyğun )

· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

· Komandada işləmə 

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

· Dil bilikləri (kafedranın profilinə uyğun)

 Vəzifə və öhdəliklər  

-Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak edir;

-Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərir;

-Keçiriləcək dərslərin qrafikini tənzimləyir;

-İxtisasları üzrə biliklərini genişləndirir və dərinləşdirir, araşdırmalara cəlb olunur;

-Kafedranın lazımi sənədlərini təşkil edir;

-Kafedradan tələb olunan məlumatları lazımi strukturlara çatdırır;

-Dərs cədvəlinin tərtib edilməsini, dərs yükünün hesablanmasını;

-Tələbələrlə davranış normalarını, elmi-metodiki göstərişləri və izahatların verilməsini;

-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 08 sentyabr  saat 18:00-dək  göndərə bilərlər.