Ankara Universiteti TÖMER ADU-da türk dili kurslarına start verir
Azərbaycan Dillər Universitetində (ADU) ilk dəfə olaraq Ankara Universiteti TÖMER tərəfindən Ümumi Türk Dili kursları təşkil olunur. Türk dilini öyrənmək və təhsilini Türkiyədə davam etdirmək istəyənlər üçün bu, mühüm fürsətdir. Kurslar sentyabr ayında başlayır, qeydiyyat isə artıq açıqdır.
1984-cü ildə türk dilini xarici dil kimi öyrədən ilk qurum olaraq yaradılan Ankara Universiteti TÖMER, həm Türkiyədə, həm də xaricdə türk dilinin tədrisi sahəsində elmi metodlardan istifadə edən qabaqcıl təhsil mərkəzidir. İndi bu təcrübə və keyfiyyətli dil tədrisi yanaşması Azərbaycanda da tətbiq olunacaq.
Kurs səviyyələri:
A1 – A2 (Əsas səviyyə)
B1 (Orta səviyyə)
B2 – C1 (Yüksək səviyyə)
C1+ (Akademik səviyyə)
Kurs müddətləri:
1 aylıq, 60 saatlıq intensiv kurslar
2 aylıq, 96 saatlıq kurslar
1 aylıq, 16 saatlıq TYS imtahanına hazırlıq kursları
Müəssisələr və təşkilatlar üçün xüsusi məzmun və vaxt planlaşdırma imkanı
Tədris forması:
Üz-üzə və onlayn dərslər
Vizual, audio və rəqəmsal materiallarla zənginləşdirilmiş təlim
Avropa Şurası, ALTE və CEFR standartlarına tam uyğun
Sertifikat və imtahan imkanı:
Beynəlxalq sertifikat
C1 Türk Dili Diplom İmtahanı imkanı
İmtahanlar hər həftə çərşənbə və bazar günləri keçirilir
Başlama tarixi: Sentyabr
Məkan: Azərbaycan Dillər Universiteti
Əlaqə və qeydiyyat: 055 543 07 23
[email protected]