XƏBƏRLƏR

Beynəlxalq Elmi Konfransında iştiraka dəvət

25 iyun, 2025

Hörmətli Tədqiqatçılar!

Sizi 01-02 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türkiyənin Gümüşhane Universiteti və Rusiyanın "Cənub" Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransında iştirak etməyə dəvət edirik. Konfrans üz-üzə və onlayn formatda təşkil ediləcəkdir.

Bu konfrans innovasiya və texnoloji inkişaf sahəsindəki nəzəri və praktiki yeniliklərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün xüsusi bir platformadır. Naxçıvanda keçirəcəyimiz bu beynəlxalq tədbirdə təqdim ediləcək orijinal tədqiqatlar elmi standartlara uyğun olaraq incələnəcək və konfrans materialları xüsusi nəşr olaraq çap ediləcəkdir.

Konfransda iştirak edərək innovasiya və davamlı inkişaf sahəsindəki dəyərli töhfələrinizi bizimlə paylaşmağınızı arzu edirik.

“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransının materialları beynəlxalq kriteriyalara uyğun indeksləşmiş, hər bir məqalə DOİ kodu ilə elektron və çap variantında nəşr olunacaq.

“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransına təqdim olunan, hakim yoxlamalarından keçmiş, müsbət rəy almış və aşağıdakı jurnalların şərtlərinə cavab verən məqalələr bu jurnalların nəzərdən keçirilməsi prosesi vasitəsilə tam mətn formatda nəşr olunacaq:

Ətraflı məlumat üçün linkə daxil olun:
https://konfrans.ndu.edu.az/conferences/innovasiya-ve-davaml-inkisaf-yeni-ideyalar-ve-heller-beynelxalq-elmi-konfrans