XƏBƏRLƏR

ADU xaricdə fəaliyyət göstərən mərkəzlər üçün müəllim vakansiyası elan edir

17 iyun, 2025

Azərbaycan Dillər Universiteti (ADU) aşağıdakı ölkələrdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzlərinə Azərbaycan dili müəllimləri üçün vakansiya elan edir:

 Vakansiyalar üzrə ölkə və tələblər:

 Çin Xalq Respublikası, Xudzou Universiteti – Azərbaycan və İngilis dillərini bilən

 Özbəkistan Respublikası, Cahan Dillər Universiteti – Azərbaycan, Rus və İngilis dillərini bilən

 Macarıstan, Elte Universiteti – Azərbaycan və İngilis dillərini bilən

Namizədlərdən gözləntilər:

Azərbaycan dili üzrə ali təhsil

Müvafiq xarici dilləri sərbəst səviyyədə bilmək

 Pedaqoji bacarıqlar və beynəlxalq mühitdə dərs deməyə hazırlıq

 Mədəniyyətlərarası ünsiyyətə açıqlıq və təmsilçilik qabiliyyəti

Müraciət qaydası:

İştirak etmək istəyən şəxslər CV və motivasiya məktublarını aşağıdakı ünvana göndərə bilərlər:

 international.relations@adu.edu.az