XƏBƏRLƏR

Ruzanə Süleymanova və Xədicə Qaraqurbanlının dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək

02 iyun, 2025

 20 iyun 2025-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının doktorantı Ruzanə Nemət qızı Süleymanovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “YUNUS ƏMRƏ İRSİ İNGİLİSDİLLİ ƏDƏBİYYATŞÜNASLIQDA” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bakı Slavyan Universitetinin Roman-german filologiyası kafedrasının dissertantı Xədicə Məhərrəm qızı Qaraqurbanlının 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “İNGİLİSDİLLİ POEZİYADAKI BƏDİİ TƏSVİR VASİTƏLƏRİNİN AZƏRBAYCAN DİLİNƏ POETİK TƏRCÜMƏSİNİN XÜSUSİYYƏTLƏRİ” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir.

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar