XƏBƏRLƏR

ADU fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

14 may, 2025

Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275 s nömrəli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları imtahan əsasında qəbul olunurlar. 
 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu 13 may 2025-ci il tarixindən 2 iyun 2025-ci il tarixinədək nəzərdə tutulur. Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların Fəlsəfə fənni üzrə imtahanı 2 - 4 sentyabr 2025-ci il, ixtisas imtahanı isə  9 - 11 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. 

Fəlsəfə proqramı üzrə doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”(TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyatdan keçməlidirlər.