XƏBƏRLƏR

ADU-nun rektoruna Mədəniyyət Nazirliyindən məktub ünvanlanıb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdullaya Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, NGBF-nin Təşkilat Komitəsinin rəhbəri Elnur Əliyev təşəkkür məktubu ünvanlayıb.

Məktubda bildirilir ki,  Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2021-ci il  “Nizami Gəncəvi İli” elan edilmişdir: “Forum Nizami Gəncəvi yaradıcılığının antik dövr və müasir ədəbi proseslərdə  körpü rolunu oynadığını bəyan edərək, “Xəmsə”nin bəşəri mahiyyətinin, dahi mütəfəkkirin yaradıcılığındakı humanizm, sülh, ədalət, bərabərlik  prinsiplərinin çağdaş dünya üçün fövqəladə əhəmiyyətinin təbliği üçün mühüm platforma oldu.

Forumun açılış mərasiminə fəxri qonaq qismində qatıldığınıza, həmçinin tədbirdə Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyətinin fəal iştirakına görə öz minnətdarlığımızı  bildiririk”